Mingəçevirdə minifutbol üzrə şəhər kuboku yarışlarına yekun vurulub
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına əsasən, Yaşar Məmmədzadə adına şəhər stadionunda keçirilən minifutbol üzrə şəhər kuboku uğrunda yarışlar başa çatıb. Turnirdə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, ali və orta ixtisas məktəblərinin 10 komandası iştirak edib.

Final oyununda şəhər qaz istismar idarəsinin komandası Mingəçevir Dövlət Universitetinin futbolçuları ilə qarşılaşıb. Əsas vaxtda oyunun nəticəsi 5:5 olduğu üçün, komandalar cərimə zərbələri ilə qalibi müəyyən etməli olublar. Mingəçevir Dövlət Universitetinin komandası rəqibə 7:6 hesabı ilə qalib gələrək, kuboka sahib çıxıb.

Yarışın sonunda qaliblər Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi kubok və diplomlarla mükafatlandırılıb.

Xəbər 545 dəfə oxundu.