Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti görüşləri keçirilib
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti görüşləri keçirilib.

İkinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan kollektivlər üz-üzə gəliblər.

“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Monako”nu qəbul edib. Görüşün 1:1 hesabı ilə başa çatmasına baxmayaraq İstanbul təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

Gün ərzində keçirilən qarşılaşmalar aşağıdakılardır:

“E” qrupu

“Sevilya” (İspaniya) – “Spartak” (Rusiya) - 2:1

“Liverpul” (İngiltərə) – “Maribor” (Sloveniya) - 3:0

“F” qrupu

“Napoli” (İtaliya) – “Mançester Siti” (İngiltərə)- 2:4

“Şaxtyor” (Ukrayna) – “Feyenoord” (Hollandiya) -3:1

“G” qrupu

“Beşiktaş” (Türkiyə) – “Monako” (Fransa)- 1:1

“Portu” (Portuqaliya) – “Leyptsiq” (Almaniya)- 3:1

“H” qrupu

“Tottenhem” (İngiltərə) – “Real Madrid” (İspaniya) - 3:1

“Borussiya” (Dortmund, Almaniya) - APOEL (Kipr)- 1:1

Xəbər 546 dəfə oxundu.