Mingəçevirdə mini-futbol üzrə şəhər kubokuna yekun vurulub
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına əsasən oktyabrın 26-dan 30-a kimi Yaşar Məmmədzadə adına şəhər stadionunda mini-futbol üzrə şəhər kuboku yarışı keçirilib.

Yarışda 10 komanda (şəhərdə fəaliyyət göstərən müəssisələr, təşkilatlar, Mənzil İstismar sahələrinin, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm Kollecinin, Tibb Kollecinin komandaları) iştirak edib. Final oyununda Qaz İstismar İdarəsinin komandası Mingəçevir Dövlət Universitetinin komandası ilə görüşüb. Əsas vaxtda nəticə 5:5 olduğu üçün, komandalar cərimə zərbələri ilə qalibi müəyyən etməli olublar. Daha dəqiq olan Mingəçevir Dövlət Universitetinin komandası ümumilikdə 7:6 hesabı ilə kuboka sahib çıxıb.

Yarışın sonunda qaliblər Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi kubok və diplomlarla mükafatlandırılıb.

Xəbər 550 dəfə oxundu.