AFFA-nın baş katibi UEFA-nın tədbirində iştirak edəcək
Bu gün Almaniyanın Frankfurt şəhərində UEFA-nın təşkilatçılığı ilə milli assosiasiyaların təmsilçilərinin iştirak etdiyi “Qarşılıqlı fikir mübadiləsi” adlı tədbir keçiriləcək.

UEFA rəhbərliyinin başçılığı ilə keçiriləcək tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev iştirak edəcəklər.

Xəbər 513 dəfə oxundu.