Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşib.

İki günü əhatə edəcək turun açılış matçında – noyabrın 4-də “Qəbələ” öz meydanında “Səbail” klubunu qəbul edəcək. Günün digər oyununda isə “Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşacaq.

Turun ikinci günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.

Qeyd edək ki, turnir cədvəlinə 22 xalla "Qarabağ" başçılıq edir. "Zirə" klubu 21 xalla ikinci pillədədir. İlk üçlükdə isə 19 xalla "Qəbələ" qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (13 xal), “Sumqayıt” (13), “Səbail” (9), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.

Xəbər 560 dəfə oxundu.