Bakı Bulvarında stolüstü tennis üzrə növbəti festival keçirilib
Bakı Bulvarında stolüstü tennis üzrə növbəti festival keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib ki, yığma komandamızın üzvləri tennis oynamaq istəyən izləyicilərə maraqlı oyunlar nümayiş etdirib və könüllülərlə tennis oynayıblar. Həvəskarlara tennis raketkaları hədiyyə olunub və idmanın bu növü üzrə məşq yerləri barədə bukletlər paylanılıb.

Qeyd edək ki, festival hər ayın sonuncu şənbə günü təşkil olunur.

Xəbər 1194 dəfə oxundu.