Qax bələdiyyəsinin kuboku uğrunda futbol turnirində 12 komanda mübarizə aparıb
Qax şəhər stadionunda bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyinə yekun vurulub. Oktyabrın əvvəlində start götürən turnirdə 12 komanda mübarizə aparıb.

Oktyabrın 28-də keçirilən final oyununda Çüdüllü və Marsan kənd bələdiyyələrinin komandaları qarşılaşıblar. Rəqibini 2:0 hesabı ilə məğlub edən Çüdüllü kəndinin komandası yarışın qalibi olub. Turaclı kənd bələdiyyəsinin komandası üçüncü yeri tutub.

Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb.

Xəbər 532 dəfə oxundu.