Azərbaycan idmançısı döyüş növləri üzrə dünya çempionatında qızıl medal qazanıb
İtaliyanın Karrara şəhərində döyüş növləri üzrə dünya çempionatı keçirilir.

Bu yarışda ölkəmizi 48 kiloqram çəki dərəcəsində yeniyetmələr arasında sanda üzrə ikiqat Azərbaycan çempionu Fətəli İsmayılov təmsil edib. İdmançımız Şotlandiya, İtaliya və Rusiyadan olan rəqiblərinə qalib gələrək dünya çempionatının qızıl medalını qazanıb.

Çempionata oktyabrın 29-da yekun vurulacaq.

Xəbər 2006 dəfə oxundu.