Azərbaycan Premyer Liqası: “Kəpəz” səfərdə “Keşlə” klubunu məğlub edib
Oktyabrın 28-də futbol üzrə Topaz Premyer Liqasında X turunun ikinci günündə “Keşlə” (əvvəlki “İnter”) klubu doğma meydanda “Kəpəz”i qəbul edib.

“İnter Arena”da keçirilən matçı baş hakim Orxan Məmmədov idarə edib. Oyunda hesabı qonaqlar açıblar. Matçın 15-ci dəqiqəsində Viktor Oseqeyl “Kəpəz”i hesabda önə çıxarıb - 0:1. Oyunun İlk hissəsi bu hesabla da başa çatıb.

Görüşün 64-cü dəqiqəsində İlyas Səfərzadə hesab arasındakı fərqi iki topa çatdırıb - 0:2. Bundan sonra qapılara başqa qol vurulmayıb.

Bu qələbədən sonra “Kəpəz” aktivindəki xallarının sayını yeddiyə çatdırsa da, komandanın turnir cədvəlindəki mövqeyi (səkkizinci pillə) dəyişməyib. “Keşlə” klubu isə səkkiz xalla yeddinci pillədədir.

Qeyd edək ki, günün ikinci oyununda “Zirə” komandası “Qəbələ”ni qəbul edəcək.

Turun sonuncu matçı oktyabrın 29-da “Bakcell Arena”da “Neftçi” və “Sumqayıt” komandaları arasında oynanılacaq.

Xəbər 1033 dəfə oxundu.