Stend atıcılığının kompakt-sportinq növü üzrə Azərbaycan çempionatı başlayıb
Oktyabrın 28-də Novxanı Atıcılıq Mərkəzində stend atıcılığının kompakt-sportinq növü üzrə Azərbaycan çempionatı başlayıb.

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən ikigünlük çempionatda 30-dək idmançı birincilik uğrunda mübarizə aparır.

Milli komandanın və yığmaya cəlb olunan yeni atıcıların qatıldığı çempionat Dünya Atıcılıq və Ovçuluq Federasiyasının qaydaları əsasında təşkil olunub.

Mükafatçılar 200 hədəfə atışlardan sonra bəlli olacaq. Yarışın ilk günü atıcılar 100 hədəfi nişan alacaqlar. Sonda toplanacaq xallara əsasən mükafatçılar müəyyənləşəcək.

Xəbər 1528 dəfə oxundu.