Gəncənin “Kəpəz” klubu seneqallı futbolçu ilə müqavilə imzalayıb
Gəncənin “Kəpəz” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.

Gəncə təmsilçisi Ba Aladji Mansur ilə mövsümün sonunadək anlaşıb.

Seneqallı oyunçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. İyirmi yeddi yaşlı futbolçu son olaraq Mərakeşin “Kenitra” klubunun formasını geyinib.

Xəbər 844 dəfə oxundu.