“Qlazqo Reyncers” klubu Pedru Kayşinya ilə yollarını ayırıb
“Qlazqo Reyncers” futbol klubu baş məşqçi Pedru Kayşinya ilə yollarını ayırıb.

Portuqaliyalı mütəxəssisin vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərlər xeyli müddət idi səngimək bilmirdi. Onun işinə son veriləcəyi barədə xəbərlər “Qlazqo Reyncers”in Liqa Kubokunda mübarizəni dayandırmasından sonra yayılmışdı.

Premyer Liqanın son turunda “Kilmarnok” klubuna məğlubiyyət Kayşinyanın qovulması ilə nəticələnib.

Qeyd edək ki, 46 yaşlı mütəxəssisin rəhbərliyi altında 26 oyuna çıxan Şotlandiya təmsilçisi 14 matçda qələbə qazanıb.

Xəbər 1075 dəfə oxundu.