Ağcabədidə keçirilən şahmat turnirində 60 idmançı mübarizə aparır
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibətilə Ağcabədidə oğlanlar və qızlar arasında şahmat turnirinə start verilib.

Ağcabədi şahmat məktəbində keçirilən yarışın açılışında çıxış edənlər idmançılara uğurlar arzulayıb, partiyanın keçdiyi inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıblar.

Sonra yarışlara start verilib. İsveçrə sistemi üzrə keçirilən turnirdə 60 şahmatçı mübarizə aparır. Bir həftə davam edəcək turnirin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Xəbər 581 dəfə oxundu.