Bu gün Azərbaycan Premyer Liqasının X turuna start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

İlk oyun günündə lider “Qarabağ” doğma meydanda “Səbail”i qəbul edəcək. “Azərsun Arena”da keçiriləcək matçı Rəvan Həmzəzadə idarə edəcək.

“Qarabağ” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Səbail” klubu isə doqquz xalla altıncı pillədədir.

Qeyd edək ki, turun ikinci günündə “Kəpəz” komandası “İnter”in qonağı olacaq. Görüş “İnter Arena”da keçiriləcək. Günün növbəti qarşılaşmasında “Zirə” və “Qəbələ” klubları Zirə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər.

Turun sonuncu günündə - oktyabrın 29-da “Bakcell Arena”da “Neftçi və “Sumqayıt” klubları qarşılaşacaqlar.

Xəbər 595 dəfə oxundu.