Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi ilə müqavilə qarşılıqlı razılıq əsasında uzadılmayıb
Oktyabrın 26-da AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.

Azərbaycan futbolunun hazırkı vəziyyətinin və perspektivlərinin müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə müqavilənin qarşılıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.

AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında uğurlar arzulayıb.

Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi ilə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin “C” qrupunda mübarizəni 10 xalla beşinci pillədə başa vurub.

Xəbər 564 dəfə oxundu.