“Qəbələ”nin “Ateitis Cup” turniri üçün heyəti açıqlanıb
“Qəbələ” klubunun 14 yaşadək futbolçulardan ibarət komandası oktyabrın 27-29-da Litvanın paytaxtı Vilnüsdə keçiriləcək “Ateitis Cup” beynəlxalq turnirində iştirak edəcək.

“Qəbələ”nin turnir üçün heyəti açıqlanıb. Heyətdə Heybət Vəliyev, Emil Umarov, Azər Məmmədhəsənzadə, Fuad Əhmədov, İbrahim Ramazanov, Emil Süleymanov, Sərxan Mirzəzadə, Sahil Həsənov, Nuqay Rəşidov, Elmir Hüseynli, Fərid Kələntərov, Kamil Nəzərli, Namiq Şamilov, Aslan Şirinov, Murad Ələkbərov, Okan Təhməzov, Sənan Kərimov və Eşqin Əhmədli yer alıblar.

“C” qrupunda yer alan “Qəbələ” Finlandiyanın “Maski”, Belarusun “Smena”, Litvanın “Vilnüs” və Latviyanın “Dauqavpils” komandaları mübarizə aparacaq.

Xəbər 570 dəfə oxundu.