Karate üzrə 18-ci respublika birinciliyi və 25-ci ölkə çempionatı keçiriləcək
Noyabrın 24-də yeniyetmələr və gənclər arasında karate üzrə 18-ci respublika birinciliyi və böyüklər arasında 25-ci ölkə çempionatı başlayacaq.

Çempionatın keçirilməsində məqsəd idmanın bu növünü inkişaf etdirmək, idmançı və hakimlərin ustalıq səviyyəsini artırmaq və beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında iştirak etmək üçün yığma komandaya namizədləri seçməkdir.

Yarışların keçirilməsinə ümumi rəhbərliyi Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyası Assosiasiyası və Milli Karate Federasiyası edir.

Bakı İdman Sarayında keçiriləcək yarış noyabrın 26-dək davam edəcək.

Xəbər 851 dəfə oxundu.