“Qəbələ”nin U-14 komandası Litvada “Ateitis Cup” turnirində iştirak edəcək
“Qəbələ” klubunun 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

“Qırmızı-qaralar” Litvanın paytaxtı Vilnüsdə keçiriləcək “Ateitis Cup” turnirində qüvvəsini sınayacaqlar.

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda oktyabrın 27-29-da keçiriləcək turnirə 18 futbolçu ilə yollanacaq.

“Qəbələ” turnirin “C” qrupunda mübarizə aparacaq. “Qırmızı-qaralar” Finlandiyanın “Maski”, Belarusun “Smena”, Litvanın “Vilnüs” və Latviyanın “Dauqavpils” komandaları ilə eyni qrupda çıxış edəcəklər. İlk oyun günündə futbolçularımız Litva və Latviya təmsilçiləri ilə üz-üzə gələcək. “Qəbələ” oktyabrın 28-də “Maski” və “Smena” ilə qarşılaşacaq. Qrupda ilk üç yeri tutan komandalar növbəti mərhələyə yüksələcəklər.

Xəbər 596 dəfə oxundu.