Binəqədidə mini-futbol üzrə turnir keçirilib
18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nün 26-cı ildönümü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 10-11 yaşlı uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turnirində Binəqədi rayonunu təmsil edən 244 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub.

Qeyd edək ki, oktyabrın 25-də Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında baş tutan final oyununda ikinci yeri Nərimanov rayon komandası, üçüncü yeri Sabunçu rayon komandası tutmuşdur. Qalib komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklarla təltif olunublar.

Xəbər 672 dəfə oxundu.