“Neftçi İdman Klubu”nun döyüşçüləri dünya çempionatında dörd medal qazanıblar
Bakı İdman Sarayında kişilər və qadınlar arasında qraplinq və qraplinq-gi üzrə sayca 10-cu dünya çempionatı keçirilib. 33 ölkədən 550 idmançının qatıldığı yarışda atletlər uşaqlar, yeniyetmələr, gənclər və veteranlar kateqoriyalarında mübarizə aparıblar.

Çempionatda “Neftçi İdman Klubu”nun yetirmələrindən dördü medala sahib olub.

Klubun idmançılarından 92 kiloqram çəkidə çıxış edən Həzi Həsənov veteranlar arasında dünya çempionu adına layiq görülüb. Əsgər Eldarov (92 kq) gənclər, Məhəmməd Papaqov (42 kq) və Rəvan İsgəndərli (85 kq) isə yeniyetmələr arasında üçüncü yeri tutublar.

Xəbər 1310 dəfə oxundu.