Futbol üzrə Azərbaycan millisinin üzvü Braziliya mətbuatına müsahibə verib
Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi əslən braziliyalı Riçard Almeyda ölkəsinin “Diario do Grande ABC” nəşrinə müsahibə verib.

“Riçard Azərbaycanda parlayır” sərlövhəli yazıda müəllif Anderson Fattori futbolçunun karyerası haqqında məlumat verib. Onun 2012-ci ildən bəri “Qarabağ” klubunda oynadığı, 2016-cı ilin sonundan etibarən Azərbaycan millisinin üzvü olduğu xatırlanır.

R.Almeyda müsahibəsində Azərbaycanda ona böyük hörmət və diqqət göstərildiyini, xalqımızın qonaqpərvər olduğunu, ölkəmizdə özünü xoşbəxt hiss etdiyini deyib.

AZƏRTAC

Xəbər 588 dəfə oxundu.