Stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara start verilib
Oktyabrın 24-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku turnirinə start verilib.

Şəxsi və komanda xarakterli yarışlarda Bakı, Sumqayıt, Şabran, Gədəbəy və Şəkidən ümumilikdə 100-ə yaxın idmançı iştirak edir. Turnirdə yeniyetmələrdən ibarət 19 və gənclərin təmsil olunduğu 8 komanda mübarizəyə qoşulub.

Yarışın açılış mərasimində çıxış edən Federasiyanın vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan, stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən danışıb. F.Məmmədov son dövrdə idmançılarımızın əldə etdikləri yüksək nailiyyətlərin ölkə idmanının inkişafının göstəricisi olduğunu vurğulayıb.

Sonra turnirə start verilib.

Yarışa oktyabrın 27-də yekun vurulacaq.

Xəbər 1178 dəfə oxundu.