“Arsenal” və “Mançester Yunayted” klubları almaniyalı yarımmüdafiəçi Marko Roys ilə maraqlanırlar
Futbol üzrə Almaniya millisinin və “Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Marko Roys yay transfer pəncərəsində klubunu dəyişə bilər.

İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klubları yarımmüdafiəçini heyətlərinə qatmağa cəhd edirlər. Hər iki klub 28 yaşlı futbolçunun zədəsinin bərpasından sonra onunla danışıqlar aparmağa hazırlaşır. Roys isə klubu ilə müqaviləsi bitdikdən sonra ayrılmaq istədiyini bildirib.

“Borussiya Dortmund” klubu ilə müqaviləsinin müddəti 2019-cu ilin yayında başa çatan futbolçu zədə üzündən bu mövsüm oynaya bilməyib.

Xəbər 614 dəfə oxundu.