İtaliyanın “Benevento” klubu baş məşqçisi ilə yollarını ayırıb
İtaliyanın “Benevento” futbol klubu baş məşqçi Marko Baroni ilə yollarını ayırıb.

Klub rəhbərliyini komandanın ölkə çempionatının cari mövsümdəki çıxışı qane etməyib. Komandaya yeni baş məşqçi Roberto De Dzerbi təyin olunub.

Qeyd edək ki, “Benevento” İtaliya çempionatında keçirdiyi 9 oyunda meydandan məğlub ayrılıb.

Xəbər 649 dəfə oxundu.