Döyüş növləri üzrə dünya çempionatı başlayacaq | |
Oktyabrın 25-də İtaliyanın Karrara şəhərində döyüş növləri üzrə dünya çempionatı başlayacaq. Azərbaycan Uşu-sanda Federasiyasından bildirilib ki, yarışda ölkəmizi 48 kiloqram çəki dərəcəsində yeniyetmələr arasında uşu-sanda üzrə ikiqat Azərbaycan çempionu Fətəli İsmayılov təmsil edəcək. Təmsilçimiz uşu-sanda üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi üçqat Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Elçin Eminovun rəhbərliyi altında yarışa qatılacaq. Qeyd edək ki, çempionata oktyabrın 29-da yekun vurulacaq. |
|
Xəbər 1280 dəfə oxundu. |
|
|