Tovuzda qızlar arasında keçirilən voleybol yarışının qalibləri mükafatlandırılıb
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə Tovuzda məktəbli qızlar arasında voleybol turniri keçirilib.

14 komandanın mübarizə apardığı turnirdə Qaraxanlı kənd orta məktəbinin komandası birinci, Əlimərdanlı kənd orta məktəbinin komandası ikinci, Bayramlı kənd orta məktəbinin komandası isə üçüncü yeri tutub.

Qalib komandalara fəxri fərman və diplomlar təqdim olunub.

Xəbər 646 dəfə oxundu.