Futbol üzrə Bakı kuboku yarışlarına yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən keçirilən futbol üzrə paytaxt kuboku yarışlarına yekun vurulub.

Kubok yarışlarında Qaradağ, Binəqədi, Xəzər, Sabunçu, Nizami, Yasamal, Nərimanov, Xətai, Nəsimi rayon komandaları, “İnam” və “Ruslan” klubları iştirak ediblər.

Qaradağ rayonunun komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xətai yarışı ikinci, Xəzər komandası isə üçüncü pillədə başa vurub.

İlk üç yeri tutan komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 506 dəfə oxundu.