Binəqədi rayonunda poliatlon çoxnövçülüyü üzrə yarış keçirilib
Oktyabrın 16-da 244 nömrəli tam orta məktəbin ərazisində rayon orta ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri arasında cari ilin payız çağırışına həsr olunmuş çağırışaqədər və çağırışyaşlı gənclərin “Marş irəli” devizli Vətənin müdafiəsinə hazıram! poliatlon çoxnövçülüyü üzrə yarış keçirilib.

Rayon orta ümumtəhsil məktəblərinin iştirak etdiyi hər bir komandanın tərkibi 5 nəfərdən ibarət olub. Turnikdə dartınma, qumbara atma, 100 metr və 2000 metr məsafəyə qaçış normativlərini yerinə yetirən 244 nömrəli tam orta məktəbin komandası birinci, 267 nömrəli məktəb-liseyin komandası ikinci, 83 nömrəli məktəb-liseyin komandası isə üçüncü yerə layiq görülüblər.

Xəbər 565 dəfə oxundu.