Stend atıcılığının kompakt-sportinq növü üzrə Azərbaycan çempionatı keçiriləcək
Oktyabrın 28-29-da stend atıcılığının kompakt-sportinq növü üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Atcılıq Federasiyasından bildirilib ki, Novxanı Sportinq Atıcılıq Mərkəzində keçiriləcək çempionatda 25 idmançı mübarizə aparacaq.

Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.

Xəbər 1623 dəfə oxundu.