Bakıda U-15 yığmasının təlim-məşq toplanışı olacaq
Oktyabrın 24-dən 27-dək Bakıda 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.

toplanışa Cavid Qurbanov (“Neftçi”), Eldar Tağızadə (“Neurofootball”, İspaniya), Mirismayıl Rəhimov (“Qarabağ”), Cəlal Hüseynov (“Zirə”), Mirzəbəy Şahbazov (“Zirə”), Rəşad Həsənov (“İnter”), Fərrux Fərzəliyev, Rəhim Cəfərli (hər ikisi “Vətən”), Ülvü Mədətov, Vüsal Mirzəzadə (hər ikisi “Qəbələ”), Əli Tağıyev (“İnter”), Vüsal Əliyev (“Zirə”), Gülağa Əsədov (“Neftçi”), Elvin Abdullayev (“Vətən”), Rauf Rüstəmli (“Qəbələ”), Alı Alı (“Sumqayıt”), Kənan Kərimov (“Turan Tovuz”), Taleh Qarayev, Kamal Kazımov (hər ikisi “Qəbələ”), Pənah Rüstəmzadə (“Bergsjo IF”, İsveç), Ayxan Cabbarov (“Savedalens”, İsveç), Vüsal Qəmbərov (“Neurofootball”, İspaniya), Bəhruz Tanrıverdiyev (“Vətən”) və Mehrac Baxşəliyev (“Qəbələ”) dəvət olunublar.

Xəbər 540 dəfə oxundu.