Naxçıvanda yeniyetmə cüdoçular arasında birincilik keçirilib
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında açıq Naxçıvan birinciliyi keçirilib. İki yaş qrupunda təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Naxçıvan şəhər, Naxçıvan Hərbi Liseyi, Culfa və Şərur komandalarının yeniyetmə cüdoçuları medallar uğrunda yarışıblar.

U-15 komandaların mübarizəsində 71, U-18 komandalarının yarışında isə 50 cüdoçu iştirak edib.

U-15 yeniyetmələr arasında yarışda Naxçıvan şəhər komandasının təmsilçiləri daha yaxşı nəticə göstərərək birinci olublar. İkinci yerə Culfa komandasının təmsilçiləri sahib çıxıb. Şərur komandasının idmançıları isə üçüncü olublar.

U-18 yeniyetmələr arasında mübarizədə Culfa komandası birinci, Naxçıvan komandası ikinci, Naxçıvan Hərbi Liseyi isə üçüncü olub.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medalları təqdim olunub.

Xəbər 609 dəfə oxundu.