“Nur” həndbolçuları ölkə çempionatında növbəti qələbəni qazanıblar
Oktyabrın 22-də həndbol üzrə Azərbaycan çempionatında iki oyun keçirilib.

Kişilərin yarışında "Məhsul" və "Təhsil" komandaları üz-üzə gəliblər. Görüş "Məhsul" klubunun 36:31 hesablı qələbəsi ilə yekunlaşıb.

Qadınların mübarizəsində isə "Qarabağ" və "Nur" həndbolçuları qarşılaşıblar. Son ölkə çempionu çətin keçən görüşdən minimal hesablı qələbə ilə ayrılıb - 27:26.

AZƏRTAC

Xəbər 685 dəfə oxundu.