Qazaxda minifutbol üzrə rayon turnirinin qalibləri mükafatlandırılıb
Qazax Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında minifutbol üzrə rayon turniri başa çatıb.

Oktyabrın 16-dan start götürən yarışda 16 komanda iştirak edib.

Gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində Dövlət Sosial Müdafiə Fondunun “Qazax” komandası I yerə, Qazax Dövlət Sosial-İqtisadi Kollecin komandası II yerə, Birinci Şıxlı kəndinin "Gənclər" komandası III yerə sahib olub.

Turnirin qalibləri kubok, medal və diplomlarla təltif ediliblər.

Xəbər 516 dəfə oxundu.