“Bavariya”nın sabiq hücumçusu Xorvatiya millisinin məşqçilər korpusunda yer alıb | |
“Bavariya”nın sabiq hücumçusu İvitsa Oliç futbol üzrə Xorvatiya millisinin baş məşqçisinin assistenti təyin olunub. Xorvatiya millisində 104 oyun keçirmiş 38 yaşlı eks-forvard Zlatko Daliçin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Oliç futbolçu karyerasını cari ilin iyununda başa vurduğunu açıqlayıb və onun sonuncu klubu “Münxen-1860” olub. Qeyd edək ki, Xorvatiya millisi dünya çempionatının pley-off mərhələsi çərçivəsində noyabrda Yunanıstan yığması ilə qarşılaşacaq. |
|
Xəbər 572 dəfə oxundu. |
|
|