Azərbaycan şahmatçılarına FIDE-nin yeni titulları verilib
Beynəlxalq Şahmat Federasiyasının saytında FIDE-nin yeni titul sahiblərinin (qrossmeysterlərin, ustaların, hakimlərin və təşkilatçıların) siyahısı dərc edilib.

FIDE-nin Prezident Şurasının Antalyada keçirilən 88-ci iclasında yeni titullara Azərbaycan təmsilçiləri Ülviyyə Fətəliyeva - qadın qrossmeysteri, Abdulla Qədimbəyli - beynəlxalq usta, Məhəmməd Muradlı isə beynəlxalq ustalığa namizəd adına layiq görülüblər.

Xəbər 535 dəfə oxundu.