Futzal üzrə FIFA referisi Hikmət Qafarlı yeni təyinat alıb
Futzal üzrə FIFA referisi Hikmət Qafarlı yeni təyinat alıb.

O, oktyabrın 31-dən noyabrın 5-dək Gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsinin “A” qrupunda keçiriləcək oyunları idarə edəcək. Bu qrupda Serbiya, Ukrayna və Macarıstanın 17 yaşadək futzalçılardan ibarət milli komandaları mübarizə aparacaq.

Qeyd edək ki, “A” qrupunun oyunları Serbiyada keçiriləcək.

Xəbər 580 dəfə oxundu.