Şəhriyar Məmmədyarov Dünya İntellektual Oyunlarının reytinq-favoritidir
Dekabrın 8-dən 15-dək Xuayanda II İntellektual Oyunlar (IMSA) keçiriləcək.

Şahmat turnirlərində 24 ən güclü şahmatçı iştirak edəcək. Onlardan 12-si qadın, 12-si kişi şahmatçıdır. Yarışların favoriti Şəhriyar Məmmədyarov, Aleksandr Qrişşuk (Rusiya) və Din Lijendir (Çin). Azərbaycanı bu yarışlarda, həmçinin Rauf Məmmədov təmsil edəcək.

Qadın şahmatçılar arasında Anna Muzıçuk (Ukrayna) favoritdir.

IMSA çərçivəsində sürətli şahmat üzrə (İsveçrə sistemi, 11 tur), blitsturnir (dairəvi sistem) və “bask sistemində” (İsveçrə sistemi) yarışlar keçiriləcək.

Xəbər 1106 dəfə oxundu.