Yunanıstanda Azərbaycan şahmatçılarının iştirakı ilə Avropa komanda çempionatı keçiriləcək
Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krit adasının Kreta-Maris şəhərində şahmat üzrə Avropa komanda çempionatı keçiriləcək. Çempionatda Azərbaycanın kişi şahmatçılardan və qadın şahmatçılardan ibarət komandaları iştirak edəcəklər.

Kişi şahmatçıların komandasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qadir Hüseynov, qadın şahmatçıların yığmasında Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayeva iştirak edəcəklər.

Şahmatçıların Avropa komanda çempionatı İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Komandaların heyətində şahmatçılardan dördü əsas, biri ehtiyat hesab olunur.

Kişi şahmatçıların turnirində 39, qadınlarda 32 komanda iştirak edəcək.

Xəbər 558 dəfə oxundu.