Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib.

Üç günü əhatə edəcək turun açılış matçında - oktyabrın 20-də “Dalğa Arena”da “Səbail” klubu ilə “İnter” qarşılaşacaq.

Turun ikinci günündə iki görüş keçiriləcək. “Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək günün digər oyununda “Sumqayıt” və “Zirə” klubları üz-üzə gələcəklər.

Turun maraqla gözlənilən qarşılaşmasında isə “Qəbələ” doğma meydanda “Qarabağ” klubunu qəbul edəcək.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan “Sumqayıt”ın 10, beşinci pillədəki “İnter”in isə 8 xalı var. Turnir cədvəlində sonrakı yerlərdə müvafiq olaraq “Neftçi” (7 xal), “Səbail” (6 xal) və “Kəpəz” (4 xal) komandaları qərarlaşıblar.

Xəbər 520 dəfə oxundu.