“Atletiko Madrid” klubunun saytında Bakı haqqında videoçarx yerləşdirilib
UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində bu gün “Qarabağ” komandasının qonağı olacaq “Atletiko Madrid” klubunun saytında Bakı haqqında videoçarx yerləşdirilib.

Videoçarxda Bakının görməli yerləri tamaşaçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu görüş Azərbaycan və İspaniya klublarının avrokuboklarda ilk qarşılaşmasıdır. “Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi ilk iki oyunda xal qazana bilməyib. “Atletiko Madrid” isə iki oyunda cəmi bir xal toplayıb.

Xəbər 554 dəfə oxundu.