İdman gimnastlarımız Tbilisidən medallarla qayıdırlar
Kişi idman gimnastikası üzrə yığma komandamızın gənc üzvləri Tbilisidə beynəlxalq turnirdə iştirak ediblər.

Komandamızın hesabına ilk medalı Cavidan Babayev yazdırıb. O, sərbəst hərəkətlərdə 12.766 xal toplayaraq turnirin gümüş medalına sahib olub. İdmançımız növbəti uğurlu çıxışını halqalarda icra edərək bürünc medal (12.666 xal) qazanıb.

Təmsilçilərimizdən Səməd Məmmədli də yarışları 2 medalla başa vurub. Gimnastımız dəstəli atda gümüş (12.966 xal), turnikdə isə bürünc medal (12.200 xal) əldə edib.

Komanda yoldaşlarından geri qalmayan Sərvər Əliyev də yığmamızın hesabına paralel qollarda gümüş medal (13.033 xal) yazdırıb.

Gimnastlarımız yarışı 3 gümüş və 2 bürünc medalla başa vurublar.

Xəbər 1084 dəfə oxundu.