Masallıda kyokuşinkay karate idman növü üzrə açıq rayon birinciliyi başa çatıb
Masallı şəhər 3 nömrəli tam orta məktəbdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında kyokuşinkay karate idman növü üzrə açıq rayon birinciliyi başa çatıb.

Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə iki gün davam edən yarışda 100-ə yaxın yeniyetmə və gənc 18 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparıb.

Yarışda Masallı idmançıları ilə yanaşı, Astara rayonundan olan idmançılar da güclərini sınayıblar.

Qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1057 dəfə oxundu.