Cüdo üzrə cənub regional birinciliyi başa çatıb
Şirvanda yeniyetmə cüdoçular arasında keçirilən cənub regional birinciliyə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Masallı, Salyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparıblar.

Birinciliyin ikinci günündə 2001-2003-cü il təvəllüdlü cüdoçular medallar uğrunda yarışıblar. Şirvan cüdoçuları daha yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. İkinci yeri İmişli komandası tutub. Masallı cüdoçuları isə üçüncü olublar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.

Xəbər 713 dəfə oxundu.