Ən güclü idman gimnastları və akrobatlar müəyyənləşəcək
Gimnastika növləri üzrə təşkil olunacaq birgə yarışlarda bu dəfə akrobatlar və idman gimnastları bir araya gələcəklər.

Noyabrın 17-dən 18-dək Milli Gimnastika Arenasının köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, eyni zamanda akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı təşkil olunacaq.

İki gün boyunca davam edəcək turnirdə idmançılar çempion adı uğrunda mübarizə aparacaqlar.

Xəbər 567 dəfə oxundu.