Dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin oktyabrın 17-də İsveçrənin Sürix şəhərində püşkatma mərasimi keçirilib.

Püşkatmada seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda iştirak edib.

Püşkün nəticəsinə əsasən, dünya çempionatına vəsiqə uğrunda Şimali İrlandiya millisi İsveçrə, Xorvatiya Yunanıstan, Danimarka millisi İrlandiya, İsveç komandası isə İtaliya ilə qarşılaşacaq.

Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab görüşləri isə 12-14-də keçiriləcək.

Xəbər 541 dəfə oxundu.