“Nur” komandası “Viborq” kollektivi ilə ilk oyununu keçirib
Oktyabrın 14-də Azərbaycanın qadınlardan ibarət “Nur” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda Danimarkanın "Viborq" klubu ilə ilk oyununu keçirib.

Danimarkada keçirilən matç "Viborq" kollektivinin 38:21 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab oyunu oktyabrın 15-də keçiriləcək.

Xəbər 743 dəfə oxundu.