Atletlərimizin çıxış cədvəli məlumdur
Oktyabrın 15-dən 22-dək Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir.

Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər. Artıq onların çıxış cədvəli də açıqlanıb. Belə ki, oktyabrın 15-də Ruslan Rzazadə(56 kq); Kənan Xəlilov, Məhəmməd Məmmədli (hər ikisi 62 kq); növbəti gündə Mərziyyə Məhərrəmova (48 kq) güclərini sınayacaqlar. İsa Rüstəmov, Paşa İbrahimli (hər ikisi 69 kq) oktyabrın 17-də, ayın 18-də Elnarə Abbasova (63 kq) körpücük üzərinə çıxacaqlar.

Ölkəmizi ən ağır çəkidə təmsil edən Hüseyn İsmayılov (94 kq) ayın 19-da, ondan bir gün sonra isə Azər Məmmədli (+105 kq) körpücük üzərinə çıxacaqlar.

Xəbər 875 dəfə oxundu.