Çimərlik voleybolu üzrə “CEV-EEVZA Satellite” turnirinin qalibləri müəyyənləşib
Oktyabrın 14-də Bakı Su İdmanı Sarayında çimərlik voleybolu üzrə "CEV-EEVZA Satellite" turnirinin final mərhələsi keçirilib.

Turnirdə 18 ölkədən 32 kişi və qadın cütlük mübarizə aparıb.

Kişilərin yarışında bürünc medal uğrunda görüşdə Fransa və Rusiya voleybolçuları üz-üzə gəliblər. Rəqiblərini 2:0 hesabı ilə məğlub edən Fransa təmsilçiləri turnirin bürünc medalına sahib olublar.

Qızıl medal uğrunda görüşdə isə latviyalı rəqiblərini 2:1 hesabı ilə məğlub edən Rusiya komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında bürünc medal uğrunda görüşdə sloveniyalı cütlük qalib gəlib. Sloveniya voleybolçuları Fransa kollektivinə 2:0 hesabı ilə qalib gəlib.

Həlledici görüşdə isə Fransa və Rusiya voleybolçuları qarşılaşıblar. Görüş rusiyalı idmançıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və komanda turnirin qalibi olub.

Qaliblər medal və hədiyyələr ilə mükafatlandırılıblar.

Xəbər 714 dəfə oxundu.