Avstriya yığmasının futbolçusu beynəlxalq karyerasını başa vurub
Almaniyanın “Verder” klubunun və Avstriya yığmasının futbolçusu Zlatko Yunuzoviç beynəlxalq karyerasını başa vurub.

30 yaşlı xavbek bu addımını Avstriya millisinin dünya çempionatına vəsiqə qazana bilməməsi ilə əlaqələndirib.

Avstriya millisinin heyətində 55 oyuna çıxan futbolçu 7 qol vurub.

Xəbər 581 dəfə oxundu.