İnyesta “Atletiko” ilə oyunda meydana çıxa bilər
“Barselona” futbol klubunun yarımmüdafiəçisi Andres İnyesta İspaniya çempionatının VIII turu çərçivəsində “Atletiko” ilə oyunda meydana çıxa bilər.

3 yaşlı ispaniyalı futbolçu zədəsini sağaldıb və komandasına Madriddə keçiriləcək səfər oyununda kömək etməyə hazırdır.

“Atletiko”-“Barselona” oyunu bu gün keçiriləcək.

Qeyd edək ki, İnyesta ölkə çempionatının VII turu çərçivəsində “Las-Palmas” ilə oyunda zədələnib və İspaniya millisinin heyətində dünya çempionatının seçmə mərhələ oyunlarından kənarda qalıb.

AZƏRTAC

Xəbər 560 dəfə oxundu.